Gürcüstanda güclü dolu azərbaycanlıların yaşadığı kəndlərə ciddi ziyan vurub

Gürcüstanda güclü dolu azərbaycanlıların yaşadığı kəndlərə ciddi ziyan vurub Gürcüstanda yağan güclü dolu və yağış azərbaycanlıların yığcam yaşadıqları Marneuli və Bolnisi rayonlarında ciddi fəsadlar törədib.
Region
12 İyul , 2019 15:02
Gürcüstanda güclü dolu azərbaycanlıların yaşadığı kəndlərə ciddi ziyan vurub

Gürcüstanda yağan güclü dolu və yağış azərbaycanlıların yığcam yaşadıqları Marneuli və Bolnisi rayonlarında ciddi fəsadlar törədib.

"Report"un yerli bürosu xəbər verir ki, hər iki rayonun bir neçə kəndində yaşayış evləri və təsərrüfatlara ziyan dəyib.

Marneulidə təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə xüsusi komissiya yaradılıb. Rayonda doludan ziyan görən 300-ə yaxın ailəyə çadırlar paylanılıb.

Marneuli rayonunun icra başçısı Zaur Darğallının rəhbərlik etdiyi komissiya təbii fəlakətin rayona vurduğu zərərin həcmini müəyyənləşdirir.

Bolnisi rayonunun rəhbəri David Şerazadaşvili dolunun problemlər yaratdığı Mamxuti, Talaver, Bolnisi və Zemo Bolnisi kəndlərinə baş çəkib. O, sakinlərə fəsadların aradan qaldırılacağını söz verib.

Son xəbərlər

Orphus sistemi