Gürcüstanda gecə klubları açılıb

Gürcüstanda gecə klubları açılıb Gürcüstanda gecə klublarının fəaliyyəti bu gündən etibarən bərpa olunur.
Region
17 Dekabr , 2021 10:11
Gürcüstanda gecə klubları açılıb

Gürcüstanda gecə klublarının fəaliyyəti bu gündən etibarən bərpa olunur.

“Report”un yerli bürosu xəbər verir ki, əyləncə məkanları pandemiya şəraitində müvafiq qaydalara əməl etməli olacaqlar.

Klublara “yaşıl status”a malik şəxslər buraxılacaq və qonaqların yalnız 50 %-nin iştirakına icazə veriləcək.

Qeyd edək ki, qonşu ölkədə gecə klubları ötən ilin martından bağlı olub.

İngilis versiyası Georgia reopens nightclubs

Son xəbərlər

Orphus sistemi