Baş nazir: “Gürcüstanda fövqəladə vəziyyət elan olunmayacaq”

Baş nazir: “Gürcüstanda fövqəladə vəziyyət elan olunmayacaq” “Hazırkı mərhələdə koronavirusla bağlı Gürcüstanda fövqəladə vəziyyətin elan edilməsinə ehtiyac yoxdur”.
Region
13 Mart , 2020 14:38
Baş nazir: “Gürcüstanda fövqəladə vəziyyət elan olunmayacaq”

“Hazırkı mərhələdə koronavirusla bağlı Gürcüstanda fövqəladə vəziyyətin elan edilməsinə ehtiyac yoxdur”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib.

Baş nazir bu gün ölkədə fövqəladə vəziyyətin elan edilməsinə ehtiyac görmədiyini deyib: “Amma ola bilər ki, buna sabah ehtiyac yaransın”.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirusa 25 yoluxma halı təsdiqlənib. Karantində 245, stasionar nəzarətdə isə 58 nəfər saxlanılır. 

Son xəbərlər

Orphus sistemi