Gürcüstanda fabrikdə zəhərlənən işçilərin sayı 50-yə çatıb

Gürcüstanda fabrikdə zəhərlənən işçilərin sayı 50-yə çatıb Gürcüstanın Acarıstan Muxtar Respublikasının Kobuleti şəhərində fəaliyyət göstərən “Ajara Textile” tikiş fabrikində qaz sızması baş verib.
Region
28 İyul , 2022 20:28
Gürcüstanda fabrikdə zəhərlənən işçilərin sayı 50-yə çatıb

Gürcüstanın Kobuleti şəhərində “Ajara Textile” tikiş fabrikinin xəstəxanaya yerləşdirilən əməkdaşların sayı 50-yə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Acarıstan” telekanalı məlumat yayıb.

Müəssisənin üç işçisi reanimasiya şöbəsindədir. Həkimlərin bildirdiyinə görə, pasiyentlərin hamısında eyni simptomlar – ümumi halsızlıq, başgicəllənməsi, ürək bulanması, sürətli ürək döyüntüsü müşahidə edilir. Zəhərlənməyə nəyin səbəb olduğu hələ dəqiq bilinmir.

Fabrik rəhbərliyi müəssisə ərazisində qaz sızmasının baş verdiyini istisna edir.

17:07

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Kobuleti şəhərində fəaliyyət göstərən “Ajara Textile” tikiş fabrikində qaz sızması baş verib.

“Report”un yerli bürosunun xəbərinə görə, müəssisənin 25-ə yaxın əməkdaşı zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Müəssisənin rəhbərliyindən bildirilib ki, fabrik ərazisində yalnız mətbəx təbii qazla təmin olunur və bu səbəbdən işçilərin qazla zəhərləndiyi istisna edilir.

Fabrikdə iş prosesi dayandırılıb, yoxlamalar aparılır. Müvafiq qurumların nümayəndələri hadisənin səbəblərini araşdırırlar.

Son xəbərlər

Orphus sistemi