Gürcüstanda etirazçılar DİN rəhbərini “izləyəcəklər”

Gürcüstanda etirazçılar DİN rəhbərini “izləyəcəklər” Gürcüstanda daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb edən etirazçılar onun gedəcəyi hər yerdə aksiya keçirəcəklər.
Region
3 İyul , 2019 13:49
Gürcüstanda etirazçılar DİN rəhbərini “izləyəcəklər”

Gürcüstanda daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb edən etirazçılar onun gedəcəyi hər yerdə aksiya keçirəcəklər.

“Report”un yerli bürosu xəbər verir ki, bunu aksiyanın təşkilatçılarından biri olan Giqa Makaraşvili bildirib.

O deyib ki, aksiyalar yüksək vəzifəli hökumət rəsmilərinin olacağı yerlərdə də təşkil olunacaq: “Giorgi Qaxaria hər gün harada olacaqsa, həmin yerdə aksiya keçiriləcək. Partizan qrupları yaradılacaq və onlar hökumət rəsmilərinin olacağı yerlərdə daxili işlər nazirinin istefasını tələb edəcəklər”.

Qeyd edək ki, Tbilisidə son günlər keçirilən etiraz aksiyalarının əsas tələbi G.Qaxarianın istefasıdır. Etirazçılar iyunun 20 və 21-də Tbilisidə kütləvi aksiyanın zor gücünə dağıdılması zamanı insanların həbsi və xəsarət almaları ilə bağlı məsuliyyətin DİN rəhbərinin üzərinə düşdüyünü bildirirlər. G.Qaxaria isə öz növbəsində məsuliyyətdən boyun qaçırmadığını qeyd edərək indiki mərhələdə istefaya getməyəcəyini bildirib. 

Son xəbərlər

Orphus sistemi