Gürcüstanda əsgər hərbi təlimdən sonra ölüb

Gürcüstanda əsgər hərbi təlimdən sonra ölüb Gürcüstanın Vaziani hərbi bazasında keçirilən təlimdən sonra bir əsgər ölüb.
Region
13 İyun , 2019 12:14
Gürcüstanda əsgər hərbi təlimdən sonra ölüb

Gürcüstanın Vaziani hərbi bazasında keçirilən təlimdən sonra bir əsgər ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, hərbi bazanın poliqonunda intensiv hərbi təlim keçirilib. Səhər saatlarında 30 yaşlı hərbçi Mamuka Xarazişvili özünü pis hiss edib. Tibbi yardımın göstərilməsinə baxmayaraq, əsgər ürək dayanmasından vəfat edib.

Faktla bağlı müvafiq ekspertiza və istintaq aparılır. 

Son xəbərlər

Orphus sistemi