Gürcüstanda ən yüksək maaşlı sahələr açıqlandı

Gürcüstanda ən yüksək maaşlı sahələr açıqlandı Gürcüstanda 2019-cu ilin IV rübündə orta aylıq nominal əməkhaqqı 1 319,6 lari (473 ABŞ dolları) təşkil edib.
Region
17 Mart , 2020 11:57
Gürcüstanda ən yüksək maaşlı sahələr açıqlandı
pexels.com

Gürcüstanda 2019-cu ilin IV rübündə orta aylıq nominal əməkhaqqı 1 319,6 lari (473 ABŞ dolları) təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisə orta aylıq maaş 117,6 lari artıb. Hesabat dövründə qonşu ölkədə ən yüksək əməkhaqqı aşağıdakı sahələrdə qeydə alınıb:

Peşəkar, elmi və texniki fəaliyyət – 2 216,3 lari (795 dollar)

İnformasiya və kommunikasiya - 2 071,3 (742 dollar)

Tikinti - 2 037,1 lari (730 dollar)

Maliyyə və sığorta fəaliyyəti - 1 935,9 lari (694 dollar)

Ötən ilin oktyabr-dekabr aylarında orta aylıq nominal əməkhaqqı qadınlar üçün 1 018,5 lari (365 dollar), kişilər üçün isə 1 593,2 lariyə (570 dollar) bərabər olub. İqtisadiyyatın əksər sahələrində kişilərin orta aylıq maaşı qadınlarla müqayisədə yüksək olub. 

Son xəbərlər

Orphus sistemi