Gürcüstanda əfv ilə bağlı yeni qaydalar hazırlanıb

Gürcüstanda əfv ilə bağlı yeni qaydalar hazırlanıb Gürcüstanda məhbusların əfv edilməsi ilə bağlı yeni qaydaların hazırlanması prosesi başa çatdırılıb.
Region
26 Noyabr , 2019 17:46
Gürcüstanda əfv ilə bağlı yeni qaydalar hazırlanıb

Gürcüstanda məhbusların əfv edilməsi ilə bağlı yeni qaydaların hazırlanması prosesi başa çatdırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Administrasiyası məlumat yayıb.

Yeni qaydalarla ağır və xüsusi ağır cinayətlərə görə məhkum edilmiş şəxslərin əfv olunması üçün kriteriyalar müəyyən olunub, həmçinin nisbətən ağır cinayətlər törətmiş şəxslərin ittiham qərarlarına baxılması şərtləri sadələşdirilib.

Yeni qaydaların hazırlanması məqsədilə dövlət qurumları və ekspertlərlə məsləhətləşmələr aparılıb. 2021-ci ilin yanvarın 1-dən etibarən Prezident Administrasiyasında əfvlə bağlı xüsusi elektron kargüzarlıq proqramı təqdim olunacaq.

Dövlət başçısı əfvetmə prosesində ayrı-ayrı hallarda öz səlahiyyətindən istifadə edə biləcək.

Əfvlə bağlı yekun qərar qəbul edilənə qədər prezident müvafiq dövlət idarələri və ekspertlərlə hər bir konkret iş üzrə bir daha məsləhətləşəcək.

Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili bu ilin sentyabrın 18-də əfvə moratorium qoyub. 

Son xəbərlər

Orphus sistemi