Gürcüstanda dövlət qulluqçuları distant formada işləməkdə davam edəcəklər

Gürcüstanda dövlət qulluqçuları distant formada işləməkdə davam edəcəklər Gürcüstanda dövlət qulluğunda uzaqdan işləmək tövsiyəsi qüvvədə saxlanılıb.
Region
12 İyun , 2020 13:56
Gürcüstanda dövlət qulluqçuları distant formada işləməkdə davam edəcəklər

Gürcüstanda dövlət qulluğunda uzaqdan işləmək tövsiyəsi qüvvədə saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qonşu ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurası qərar qəbul edib.

Qərara əsasən, dövlət qulluqçuları distant formada işləməyi davam etdirəcəklər.

Şuranın bugünkü iclasında həmçinin ictimai yerlər, nəqliyyat və ictimai iaşə obyektlərində müvafiq qayda və tələblərin yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi haqqında qərar qəbul edilib. 

Son xəbərlər

Orphus sistemi