Gürcüstanda distant şəraitdə işləməyən dövlət məmurları koronavirus testindən keçiriləcək.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze bildirib.
O deyib ki, hazırda hökumət üzvlərinin koronavirus testi aparılmır: “Təsdiqlənən yeni alqoritmə əsasən, yüksək riskli peşələrin siyahısı hazırlanacaq və həmin peşə sahibləri test olunacaqlar”.