Gürcüstanda dollar nisbətən ucuzlaşıb

Gürcüstanda dollar nisbətən ucuzlaşıb Gürcüstanın Milli Bankı avqustun 2-nə xarici valyutaların yeni məzənnələrini müəyyən edib.
Region
1 Avqust , 2019 17:12
Gürcüstanda dollar nisbətən ucuzlaşıb

Gürcüstanın Milli Bankı avqustun 2-nə xarici valyutaların yeni məzənnələrini müəyyən edib.

“Report”un yerli bürosu xəbər verir ki, yeni məzənnəyə əsasən, 1 ABŞ dolları 2, 9296 lari təşkil edəcək.

Bugünkü məzənnəyə nisbətən dollar 0,0422 lari ucuzlaşıb.

Avro da lariyə qarşı nisbətən dəyərdən düşüb. Belə ki, bu xarici valyutanın qiyməti 0,0799 lari ucuzlaşaraq 3,2328 lari təşkil edib.

Qeyd edək ki, Gürcüstan Milli Bankı milli valyutanın məzənnəsinin sabitləşdirilməsi məqsədilə bugünkü valyuta hərracına 40 mln. ABŞ dolları çıxarıb. Bu məbləğin 32,8 mln. dolları satılıb. 

Son xəbərlər

Orphus sistemi