Gürcüstanda diaspor məsələləri ilə xüsusi departament məşğul olacaq

Gürcüstanda diaspor məsələləri ilə xüsusi departament məşğul olacaq Rati Breqadze yeni strukturun rəhbəri təyin edilib
Region
27 Yanvar , 2017 21:57
Gürcüstanda diaspor məsələləri ilə xüsusi departament məşğul olacaq

Tbilisi. 27 yanvar. REPORT.AZ/ Gürcüstanda ləğv olunmuş Diaspor Məsələləri üzrə Dövlət Nazirliyinin funksiyalarını Xarici İşlər Nazirliyinin (XİN) nəzdində yaradılmış yeni idarə yerinə yetirəcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, XİN-in nəzdində diaspora məsələləri üzrə yeni departament yaradılıb.

Yanvarın 27-də hüquq elmləri doktoru Rati Breqadze yeni strukturun rəhbəri təyin edilib.

Son xəbərlər

Orphus sistemi