Gürcüstanda dekabrın 1-dən COVID-19 pasportu tətbiq olunacaq

Gürcüstanda dekabrın 1-dən COVID-19 pasportu tətbiq olunacaq Bu ilin dekabrın 1-dən etibarən Gürcüstanda COVID-19 pasportu tətbiq ediləcək.
Region
8 Noyabr , 2021 14:27
Gürcüstanda dekabrın 1-dən COVID-19 pasportu tətbiq olunacaq

Bu ilin dekabrın 1-dən etibarən Gürcüstanda COVID-19 pasportu tətbiq ediləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili məlumat verib.

Onun sözlərinə görə, “yaşıl pasport”larda vətəndaşın koronavirus keçirməsi, PCR testlərin nəticələri və vaksinasiya kursu barədə informasiyalar qeyd olunacaq.

İ.Qribaşvili vurğulayıb ki, koronavirusa yoluxmuş şəxsə də “yaşıl status” veriləcək.

O bildirib ki, COVID-19 pasportunun tələbləri 18 yaşdan yuxarı vətəndaşlar və turistlərə şamil olunacaq: “Dekabrın 1-dən etibarən vətəndaşlar və turistlər müxtəlif obyektlərə “yaşıl pasport” təqdim etməklə daxil ola biləcəklər. Bu qayda həmin obyektlərdə çalışanlara deyil, yalnız ziyarətçilərə aid ediləcək”.

Son xəbərlər

Orphus sistemi