Gürcüstanda daha iki pasiyent koronavirusdan sağaldı

Gürcüstanda daha iki pasiyent koronavirusdan sağaldı Gürcüstanda koronavirus infeksiyasına yoluxan daha iki şəxs tam sağalıb.
Region
22 Mart , 2020 10:51
Gürcüstanda daha iki pasiyent koronavirusdan sağaldı

Gürcüstanda koronavirus infeksiyasına yoluxan daha iki şəxs tam sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Marina Ezuqbaya bildirib.

Onun sözlərinə görə, həmin pasiyentlərin koronavirusla bağlı təkrar testləri mənfi nəticə verib.

M.Ezuqbaya qeyd edib ki, sağalan şəxslərin biri ötən gün xəstəxananı tərk edib, digəri isə bu gün evə buraxılacaq.

Bununla qonşu ölkədə koronavirusdan sağalanların sayı üçə çatıb.

Son xəbərlər

Orphus sistemi