Gürcüstanda qripdən ölənlərin sayı 11 nəfərə çatıb

Gürcüstanda qripdən ölənlərin sayı 11 nəfərə çatıb Tbilisi. 8 yanvar. REPORT.AZ/ Gürcüstanın Qori şəhərində 22 yaşlı qadın qrip virusunun ağır formasından ölüb.
Region
119
8 Yanvar , 2019 17:36
Gürcüstanda qripdən ölənlərin sayı 11 nəfərə çatıb

Tbilisi. 8 yanvar. REPORT.AZ/ Gürcüstanın Qori şəhərində 22 yaşlı qadın qrip virusunun ağır formasından ölüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, qadında əvvəllər şiş olub və o, bir neçə dəfə əməliyyat keçirib.

Qadının ölümünə “donuz qripi” adlandırılan A (H1N1) virusunun səbəb olması laboratoriya şəraitində hələ təsdiq olunmayıb.

Xatırladaq ki, Gürcüstanda “donuz qripi”ndən artıq 10 nəfər ölüb. Ölkədə A (H1N1) virusuna 158 yoluxma halı təsdiq olunub. Bu gündən etibarən Tbilisidə beş klinika 24 saatlıq iş rejiminə keçib. 

Son xəbərlər

Orphus sistemi