Gürcüstanda daha bir azərbaycanlı məmur istefa verdi

Gürcüstanda daha bir azərbaycanlı məmur istefa verdi Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Kvemo Kartli bölgəsi üzrə müşaviri Ayaz Məmmədov öz istəyi əsasında vəzifəsindən istefa verib.
Region
20 İyul , 2021 17:49
Gürcüstanda daha bir azərbaycanlı məmur istefa verdi
Ayaz Məmmədov

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Kvemo Kartli bölgəsi üzrə müşaviri Ayaz Məmmədov öz istəyi əsasında vəzifəsindən istefa verib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, özü feysbuk səhifəsində məlumat yayıb.

2017-ci ildə müşavir təyin olunan A.Məmmədov bildirib ki, istefasının əsas səbəbi Gürcüstanın hazırkı hakimiyyətinin son zamanlar yürütdüyü siyasəti dəstəkləməməsidir.

Qeyd edək ki, A.Məmmədov Gürcüstanda son həftə ərzində istefa verən ikinci dövlət məmurudur. Belə ki, iyulun 15-də Qardabani bələdiyyə məclisinin sədr müavini, Qaratəhlə kəndinin deputatı Rəfi Orucov öz arzusu ilə vəzifələrindən gedib.

Son xəbərlər

Orphus sistemi