Gürcüstanda daha 537 nəfərdə koronavirus aşkarlanıb, 34 pasiyent ölüb

Gürcüstanda daha 537 nəfərdə koronavirus aşkarlanıb, 34 pasiyent ölüb Gürcüstanda son sutkada koronavirusa 537 yeni yoluxma halı təsdiqlənib, 494 nəfər müalicə olunaraq sağalıb, 34 pasiyent isə vəfat edib.
Region
8 Yanvar , 2021 11:03
Gürcüstanda daha 537 nəfərdə koronavirus aşkarlanıb, 34 pasiyent ölüb

Gürcüstanda son sutkada koronavirusa 537 yeni yoluxma halı təsdiqlənib, 494 nəfər müalicə olunaraq sağalıb, 34 pasiyent isə vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə indiyədək COVID-19-a 236 028 nəfərin yoluxduğu müəyyən edilib. Onların 224 189-u sağalıb, 2 728-i isə dünyasını dəyişib.

Hazırda karantin zonalarında 508, stasionar nəzarətdə 3 867 nəfər var. Xəstəliyi yüngül formada keçirən 762 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

Son xəbərlər

Orphus sistemi