Gürcüstanda daha 5 567 nəfər koronavirusa yoluxub

Gürcüstanda daha 5 567 nəfər koronavirusa yoluxub Gürcüstanda son sutkada koronavirusa 5 567 yeni yoluxma faktı təsdiqlənib, 36 nəfər vəfat edib.
Region
14 Yanvar , 2022 10:46
Gürcüstanda daha 5 567 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada koronavirusa 5 567 yeni yoluxma faktı təsdiqlənib, 36 nəfər vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Daha 1 661 nəfərin müalicə olunaraq sağaldığı qeyd olunub.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 984 802 nəfər yoluxub. Onların 924 072-si sağalıb, 14 395-i isə dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi