Gürcüstanda daha 20 nəfər COVID-19-a yoluxub

Gürcüstanda daha 20 nəfər COVID-19-a yoluxub Qonşu ölkədə COVID-19-a yoluxanların sayı 1 568-ə çatıb.
Region
3 Sentyabr , 2020 10:06
Gürcüstanda daha 20 nəfər COVID-19-a yoluxub
0 : 00
0 : 00

Gürcüstanda son sutkada daha 20 nəfərdə koronavirus aşkarlanıb, 9 pasiyent sağalaraq evə buraxılıb. 

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 1 568-ə, sağalanların sayı isə 1 279-a çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 19 nəfər təşkil edir. 262 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Hazırda Gürcüstan üzrə karantində 6 185, stasionar nəzarətdə isə 215 nəfər saxlanılır.

Son xəbərlər

Orphus sistemi