Tbilisi. 25 iyul. REPORT.AZ/ Bu gün günorta saatlarında Gürcüstanın Kutaisi şəhərində yerləşən Çuqunəritmə Zavodunda güclü partlayış olub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, partlayış nəticəsində 5 nəfər ağır xəsarət alıb.
Gürcüstan Fövqəladə Halları Xidmətindən bildirilib ki, partlayış nəticəsində zavodun dəmir konstruksiyası dağılıb və yanğın baş verib. Hadisə yerinə 4 yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın lokallaşdırılıb və alovun tam söndürülməsi davam etdirilir.
Gürcüstanın müvafiq strukturları hadisəsinin səbəblərini araşdırır, faktla bağlı cinayət işi başlanılıb.