Gürcüstanda COVID-19 pasportlarının tətbiqinə başlanılıb

Gürcüstanda COVID-19 pasportlarının tətbiqinə başlanılıb Bu gündən Gürcüstanda COVID-19 pasportlarının tətbiqi barədə qərar qüvvəyə minib.
Region
106
1 Dekabr , 2021 06:49
Gürcüstanda COVID-19 pasportlarının tətbiqinə başlanılıb

Bu gündən Gürcüstanda COVID-19 pasportlarının tətbiqi barədə qərar qüvvəyə minib.

“Report”un yerli bürosu xəbər verir ki, 18 yaşdan yuxarı ölkə vətəndaşları və əcnəbilər bir sıra obyektlərə yalnız bu sənədlə daxil ola biləcəklər.

Həmin obyektlərin siyahısına restoran, kafe, barlar, əyləncə mərkəzləri, teatr, kinoteatr, muzeylər, konsert zalları, kazino, spa və idman zalları, mehmanxana, dağ kurortlarında kanat yolları daxildir. Mağaza, supermarket, aptek və ictimai nəqliyyatda “yaşıl” pasport tələb edilməyəcək.

“Yaşıl” və ya təhlükəsiz statuslu şəxslər koronavirus əleyhinə tam vaksin olunmuş və yaxud son 72 saat ərzində edilmiş PCR testin, ya da 24 saat ərzində verilmiş sürətli testin mənfi cavabı və ya COVID-19 keçirmiş şəxslər hesab edilir. Testlərin əsasında “yaşıl” status alan şəxsin bu statusu testin qüvvədə olma müddəti başa çatandan sonra dayandırılacaq.

Gürcüstana səfər edən xarici ölkə vətəndaşları bu statusu sərhədi keçəndən sonra əldə edə biləcəklər. Xaricdə koronavirusa qarşı hər iki doza ilə peyvənd olunan və ya test verən əcnəbilərə bu statusu təsdiqləyən QR-kod “CovidPass Georgia” tətbiqi vasitəsilə və yaxud covidpass.moh.gov.ge saytında qeydiyyatdan keçməklə veriləcək.

COVID-19 pasportu ilə bağlı qaydaların pozulacağı halda fiziki şəxslər deyil, fərdi sahibkarlar (2 min lari /640 ABŞ dolları) və hüquqi şəxslər (10 min lari/3 200 ABŞ dolları) cərimə olunacaqlar.

Qeyd edək ki, bu gündən etibarən həmçinin Gürcüstanda verilən “yaşıl” pasportlar ölkə ilə yanaşı, Şengen zonasında da tanınacaq.

Son xəbərlər

Orphus sistemi