Gürcüstanda koronavirusa 10 yeni yoluxma halı aşkarlanıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da, qonşu ölkədə indiyədək COVID-19 diaqnozu qoyulan şəxslərin sayı 1 049-a çatıb. Onların 903-ü sağalıb, 16-sı isə vəfat edib.
Hazırda Gürcüstanda karantində saxlanılanların sayı 5 534, tibbi nəzarətdə olanların sayı isə 267 nəfər təşkil edir.