Gürcüstanda böyük biznesə sahib türkiyəli iş adamına qarşı narkotik ittihamı irəli sürülüb

Gürcüstanda böyük biznesə sahib türkiyəli iş adamına qarşı narkotik ittihamı irəli sürülüb Gürcüstanın Batumi şəhərində mayın 31-də saxlanılan türkiyəli biznesmen Qalif Öztürkə qarşı rəsmi ittiham irəli sürülüb.
Region
2 İyun , 2022 11:26
Gürcüstanda böyük biznesə sahib türkiyəli iş adamına qarşı narkotik ittihamı irəli sürülüb

Gürcüstanın Batumi şəhərində mayın 31-də saxlanılan türkiyəli biznesmen Qalif Öztürkə qarşı rəsmi ittiham irəli sürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.

İş adamı külli miqdarda narkotik vasitələrin qanunsuz əldə olunması və saxlanılmasında ittiham olunur.

Qeyd edilib ki, biznesmenin mənzilində axtarış zamanı 7,2159 qram kokain müsadirə edilib.

Bununla yanaşı, Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Q.Öztürkün vergilərdən yayınma, saxta ödəniş sənədlərinin hazırlanması və istifadəsi və pul yuyulması ilə bağlı mümkün faktlarla bağlı araşdırmalara başlayıb.

Baş Prokurorluq qanunla müəyyən edilmiş müddət ərzində iş adamına həbs qətimkan tədbirinin tətbiqi barədə vəsatətlə Batumi Şəhər Məhkəməsinə müraciət edəcək.

Qeyd edək ki, Gürcüstan vətəndaşı olan Q.Öztürkə Batumidə bir neçə mehmanxana və “Metro city” ticarət mərkəzi məxsusdur. O, həmçinin “Metro Turizm” avtobus şirkətinin təsisçisidir.

Son xəbərlər

Orphus sistemi