Gürcüstanda banka basqın edən silahlı şəxs həbs olunub

Gürcüstanda banka basqın edən silahlı şəxs həbs olunub Gürcüstanın Kvareli şəhərində “Gürcüstan bankı”nın filialına silahlı basqın olub.
Region
397
9 Sentyabr , 2021 19:10
Gürcüstanda banka basqın edən silahlı şəxs həbs olunub

Gürcüstanın Kvareli şəhərində bank filialına silahlı basqın edən şəxs həbs olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumatlara əsasən, xüsusi təyinatlılar filiala daxil olaraq qarətçini yaxalayıblar.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

17:54

Gürcüstanın Kvareli şəhərində bank filialına basqın edən silahlı şəxs girovların hamısını sərbəst buraxıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Kaxeti bölgəsinin qubernatoru İrakli Şioşvili “Birinci kanal”a məlumat verib.

Onun sözlərinə görə, hazırda polis basqınçı ilə danışıqları davam etdirir.

17.19

Gürcüstanın Kvareli şəhərində bank filialına basqın edən silahlı şəxs bir neçə girovu sərbəst buraxıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb.

Hazırda girovluqda iki nəfərin qaldığı bildirilir.

16.39

Gürcüstanın Kvareli şəhərində “Gürcüstan bankı”nın filialına basqın edən şəxs 15 nəfəri girov götürüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.

Məlumatlara əsasən, basqınçı girovları azad etmək üçün yarım milyon lari pul tələb edir.

16.08

Gürcüstanın Kvareli şəhərində “Gürcüstan bankı”nın filialına silahlı basqın olub.

“Report”un yerli bürosu xəbər verir ki, bankda bir neçə əməkdaş və müştərinin olduğu bildirilir.

Basqınçıda əl qumbarasının olması barədə məlumatlar yayılıb. Filialda olan şəxslərin girov götürüldüyü bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Son xəbərlər

Orphus sistemi