Gürcüstanda azərbaycanlıların yaşadığı 7 kəndə su çəkilir

Gürcüstanda azərbaycanlıların yaşadığı 7 kəndə su çəkilir Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Dmanisi rayonun 8 kəndinin içməli su ilə təchizatı üzrə layihə həyata keçirilir.
Region
8 İyun , 2020 11:35
Gürcüstanda azərbaycanlıların yaşadığı 7 kəndə su çəkilir

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Dmanisi rayonun 8 kəndinin içməli su ilə təchizatı üzrə layihə həyata keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, işlərin başa çatdırılmasından sonra Hamamlı, Bəzəkli, Məmişli, Aşağı Oruzman, Yuxarı Oruzman, Dəllər, Vake (Qarakilsə) və Cavaxi kəndləri 24 saat ərzində keyfiyyətli su ilə təmin olunacaq.

Layihənin ümumi dəyəri 1 068 169 lari təşkil edir. İşlərin bu ilin okyabrında yekunlaşdırılması nəzərdə tutulub.

Bu gün Kvemo Kartli (Borçalı) bölgəsinin qubernatoru Şota Rexviaşvili və Dmanisinin icra başçısı Giorgi Tatuaşvili su təchizatı sisteminin inşası prosesi ilə yerində tanış olublar. 

Son xəbərlər

Orphus sistemi