Gürcüstanda azərbaycanlı qadının intiharına görə həbs edilənlərin sayı 5-ə çatıb

Gürcüstanda azərbaycanlı qadının intiharına görə həbs edilənlərin sayı 5-ə çatıb 2014-cü ildə Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndində Xanım Ceyranovanın intiharı ilə bağlı daha 2 nəfərə qarşı ittiham irəli sürülüb.
Region
20 İyun , 2022 14:31
Gürcüstanda azərbaycanlı qadının intiharına görə həbs edilənlərin sayı 5-ə çatıb

2014-cü ildə Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndində Xanım Ceyranovanın intiharı ilə bağlı daha 2 nəfərə qarşı ittiham irəli sürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.

Həmin şəxslər qanunsuz olaraq azadlıqdan məhrum etmə və ləyaqəti alçaldan rəftarda ittiham olunurlar. Məhkəmənin qərarı ilə onlara qarşı həbs qətimkan tədbiri seçilib. Onları 4 ildən 6 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Xatırladaq ki, bu ilin aprelin 27-də eyni ittiham 3 nəfərə qarşı da irəli sürülüb. Onlar da məhkəmə qərarı əsasında həbsə göndərilib.

Son xəbərlər

Orphus sistemi