Gürcüstanda tüfənglə azərbaycanlı kişini yaralayan gənc saxlanılıb

Gürcüstanda tüfənglə azərbaycanlı kişini yaralayan gənc saxlanılıb Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində 47 yaşlı kişini ov tüfəngi ilə yaralamaqda ittiham olunan şəxs saxlanılıb.
Region
8 İyul , 2020 12:16
Gürcüstanda tüfənglə azərbaycanlı kişini yaralayan gənc saxlanılıb

Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində 47 yaşlı kişini ov tüfəngi ilə yaralamaqda ittiham olunan şəxs saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, 25 yaşlı həmin şəxs hadisə yerindən qaçmağa cəhd edərkən yol qəzasına düşüb və xəstəxanaya yerləşdirilib.

Onun xəstəxanada müalicəsi davam etdirilir.

Qeyd edək ki, İki gün öncə kənd sakinləri arasında baş verən mübahisə fiziki qarşıdurmaya keçib və 47 yaşlı kişi üz və qarın boşluğundan yaralanıb.

Faktla bağlı istintaq tədbirləri aparılır. 

Son xəbərlər

Orphus sistemi