Gürcüstanda azərbaycanlı evinin yaxınlığında güllələndi

Gürcüstanda azərbaycanlı evinin yaxınlığında güllələndi Gürcüstanın Poniçala (Soğanlıq) qəsəbəsində qətl törədilib.
Region
7 Dekabr , 2020 21:31
Gürcüstanda azərbaycanlı evinin yaxınlığında güllələndi

Gürcüstanın Poniçala (Soğanlıq) qəsəbəsində qətl törədilib.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə axşam saatlarında baş verib.

Odlu silahla yaralanan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

“Mtavari arxi” telekanalının yaydığı məlumata əsasən, qətlə yetirilən şəxs 40 yaşlı Rasim İsayevdir. Ona evinin yaxınlığında atəş açılıb. Hadisəni törədən şəxsin kimliyi hələ bəlli deyil.

Şahidlər 5-6 atəş səsi eşitdiklərini bildiriblər. Onların sözlərinə görə, atəşin açıldığı avtomobil Rusiya dövlət nömrə nişanlı olub.

R.İsayevin qətlə yetirilməsinə səbəbin qisas olduğu ehtimal edilir. Belə ki, onun qardaşı bir neçə il öncə qətl üstündə həbs olunub.

Gürcüstanın Daxili İşlər Nazirliyində bildirilib ki, faktla bağlı qəsdən adam öldürmə və odlu silahın qanunsuz əldə olunması, saxlanılması və daşınması maddələri üzrə istintaq başlanılıb.

Son xəbərlər

Orphus sistemi