Gürcüstanda azərbaycanlı ailəyə məxsus ev yanıb, ölən var - YENİLƏNİB

Gürcüstanda azərbaycanlı ailəyə məxsus ev yanıb, ölən var - YENİLƏNİB Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracalar kəndində ikimərtəbəli yaşayış evində baş vermiş yanğının söndürülməsi zamanı bir yanğınsöndürən xəsarət alıb.
Region
15 İyul , 2019 19:40
Gürcüstanda azərbaycanlı ailəyə məxsus ev yanıb, ölən var - YENİLƏNİB

Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracalar kəndində ikimərtəbəli yaşayış evində baş vermiş yanğının söndürülməsi zamanı bir yanğınsöndürən xəsarət alıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat yayıb.

Bildirilib ki, 51 yaşlı yanğınsöndürən Gela Melikidze xəstəxanaya çatdırılarkən yolda ölüb.

O, 20 ildən çox yanğınsöndürən işləyib.

Azərbaycanlı ailənin evi isə əşyaları ilə birlikdə tamamilə yanıb.


***18:45

Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracalar kəndində güclü yanğın baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, yanğın ikimərtəbəli yaşayış binasında qeydə alınıb.

Yanğın güclü olduğundan ev əşyalarının çıxarılması mümkün olmayıb.

Evdə beş nəfərdən ibarət ailə yaşayır. Onların yanğın nəticəsində xəsarət almadığı bildirilir.

Yanğının söndürülməsinə üç yanğınsöndürən briqada, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Yanğının başvermə səbəbi hələ məlum deyil. 

Son xəbərlər

Orphus sistemi