Gürcüstanda azərbaycanlı ailələr oğul övladına üstünlük verir

Gürcüstanda azərbaycanlı ailələr oğul övladına üstünlük verir Gürcüstanda oğul övladına üstünlüyün verilməsi hələ də geniş yayılıb.
Region
14 İyul , 2020 12:19
Gürcüstanda azərbaycanlı ailələr oğul övladına üstünlük verir

Gürcüstanda oğul övladına üstünlüyün verilməsi hələ də geniş yayılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna təqdim etdiyi Könüllü Milli Hesabatında deyilir.

Bildirilib ki, ölkədə oğul övladına üstünlüyün verilməsi üzrə ən yüksək göstəricilərə azərbaycanlı və erməni ailələr arasında rast gəlinir.

Sənədə əsasən, imkanlı və sosial yardım alan ailələr arasında bu göstərici aşağıdır.

Qeyd olunub ki, oğul övladına üstünlüyün verilməsi hər növbəti uşağın dünyaya gəlməsindən sonra nəzərə çarpır və ailədə uşaqların gender tərkibindən asılı olur.

Hesabatda 2015-ci ildə Gürcüstanda hər 100 qıza 109 oğlanın düşdüyü, 2019-cu ildə isə bu göstəricinin 107,6 olduğu vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi