Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilir

Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilir Tədrisi Azərbaycan dilində olan təhsil müəssisəsi üçün yeni bina inşa edilir
Region
1 Mart , 2021 19:04
Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilir

Gürcüstanın Marneuli rayonunun Xuldərə kəndinin ictimai məktəbi illərdir yararsız vəziyyətdədir.

“Report”un yerli bürosu xəbər verir ki, tədrisi Azərbaycan dilində olan təhsil müəssisəsi üçün yeni bina inşa edilir.

Gürcüstan parlamentinin deputatı Zaur Darğallı ağır şəraitdə fəaliyyət göstərən məktəbə baş çəkib və tikilməkdə olan bina ilə tanış olub.

Onun sözlərinə görə, gələn ildən Xuldərə məktəbliləri təhsillərini yeni və müasir standartlara cavab verən məktəbdə davam etdirə biləcəklər.

Layihəyə əsasən, yeni təhsil müəssisəsində müasir sinif otaqları və laboratoriyalar, akt zalı, idman meydançası, yeməkxana yaradılacaq və zəruri avadanlıqlar quraşdırılacaq.

Qeyd edək ki, Xuldərə məktəbinin əsası 1945-ci ildə qoyulub. 1983-cü ildə təhsil ocağına natamam orta, 2003-cü ildən isə orta ümumtəhsil məktəb statusu verilib. 6 sinif otağından ibarət məktəb bu günə qədər əsaslı təmir-bərpa olunmayıb.

Son xəbərlər

Orphus sistemi