Gürcüstanda Azərbaycan vətəndaşında COVID-19 aşkarlanıb

Gürcüstanda Azərbaycan vətəndaşında COVID-19 aşkarlanıb Gürcüstanın Qardabani rayonunun Qaçiani kəndinin 65 yaşlı sakini koronavirusa yoluxub.
Region
148
15 İyul , 2020 11:40
Gürcüstanda Azərbaycan vətəndaşında COVID-19 aşkarlanıb

Gürcüstanın Qardabani rayonunun Qaçiani kəndinin 65 yaşlı sakini koronavirusa yoluxub.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan vətəndaşı olan qadın ötən gün yüksək hərarətlə Rustavi şəhərindəki tibbi mərkəzə müraciət edib.

Həmin şəxsin COVID-19-la bağlı testi pozitiv nəticələnib. O artıq Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına çatdırılıb.