Gürcüstanda Azərbaycan vətəndaşı saxlanıldı

Gürcüstanda Azərbaycan vətəndaşı saxlanıldı Gürcüstana Azərbaycanla sərhəddəki “Qırmızı körpü” gömrük-keçid məntəqəsi vasitəsilə bəyan edilməmiş malların keçirilməsinin qarşısı alınıb.
Region
25 İyul , 2020 22:57
Gürcüstanda Azərbaycan vətəndaşı saxlanıldı

Gürcüstana Azərbaycanla sərhəddəki “Qırmızı körpü” gömrük-keçid məntəqəsi vasitəsilə bəyan edilməmiş malların keçirilməsinin qarşısı alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Azərbaycan vətəndaşının idarə etdiyi yük maşınına keçirilən baxış zamanı gömrük nəzarətindən gizlədilmiş 3 300 kiloqram çəkidə gümüş əşyalar aşkarlanıb.

Məmulatların dəyəri 7 324,37 lari təşkil edib.

Fakt üzrə materiallar araşdırılması üçün Maliyyə Nazirliyinin İstinaq Xidmətinə təqdim olunub.

Son xəbərlər

Orphus sistemi