Gürcüstanda Azərbaycan ceyranlarının qorunması üçün quş ovu qadağan edilib

Gürcüstanda Azərbaycan ceyranlarının qorunması üçün quş ovu qadağan edilib Gürcüstanda Azərbaycanla sərhəddə yerləşən Dedoplitskaro bələdiyyəsinin Samux vadisində köçəri quşların ovlanmasına qadağa qoyulub.
Region
7 Avqust , 2021 11:08
Gürcüstanda Azərbaycan ceyranlarının qorunması üçün quş ovu qadağan edilib

Gürcüstanda Azərbaycanla sərhəddə yerləşən Dedoplitskaro bələdiyyəsinin Samux vadisində köçəri quşların ovlanmasına qadağa qoyulub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Qeyd olunub ki, vadidə ovun aparılması ceyranların bərpası üzrə layihənin reallaşdırılmasına ciddi təhlükə yaradır. Atəş səsləri ceyranları qorxudur və onları davranışlarını dəyişərək açıq sahələrdən meşələrə qaçaraq gizlənməyə məcbur edir və bu səbəbdən nadir heyvanların canavarlar tərəfindən məhvi asanlaşır.

2022-ci ilin martın 1-dək qüvvədə olacaq qadağanın icrasına nəzarəti Ekoloji Nəzarət Departamenti həyata keçirəcək.

Xatırladaq ki, 2013-cü ildən etibarən Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) təşəbbüsü ilə Qafqazda Azərbaycan və Gürcüstanın müfaviq qurumlarının iştirakı ilə ceyranların populyasiyasının bərpası üzrə layihə həyata keçirilir.

Azərbaycandan Gürcüstana 70-dən çox ceyran aparılaraq vəhşi təbiətə buraxılıb. 2013-cü ildə Samux vadisinə 10 ceyran buraxılıb və onların sayı artıq 150-yə çatıb.

Son xəbərlər

Orphus sistemi