Gürcüstanda apellyasiya məhkəməsi sabiq müdafiə nazirini həbsdə saxlayıb

Gürcüstanda apellyasiya məhkəməsi sabiq müdafiə nazirini həbsdə saxlayıb Tbilisi Apellyasiya Məhkəməsi sabiq müdafiə naziri, müxalif “Qalib Gürcüstan” hərəkatının lideri İrakli Okruaşvilinin işinə baxıb.
Region
31 İyul , 2019 18:11
Gürcüstanda apellyasiya məhkəməsi sabiq müdafiə nazirini həbsdə saxlayıb

Tbilisi Apellyasiya Məhkəməsi sabiq müdafiə naziri, müxalif “Qalib Gürcüstan” hərəkatının lideri İrakli Okruaşvilinin işinə baxıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, məhkəmə İ.Okruaşvilinin həbsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsində iyulun 27-də keçmiş nazirə qarşı həbs qətimkan tədbiri seçilib. Məhkəmə qərarı ilə o, iki ay müddətinə həbs olunub.

Müxalif siyasətçi Tbilisidə iyunun 20-21-də Tbilisidə baş verən hadisələr zamanı kütləvi zorakılığın təşkili, ona rəhbərlik və iştirak etməkdə ittiham olunur. Günahı sübuta yetiriləcəyi təqdirdə, onu dörd ildən doqquz ilədək həbs cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi