Gürcüstanda 77 yaşlı kişi “Cek pot” udub

Gürcüstanda 77 yaşlı kişi “Cek pot” udub Gürcüstanda yanvarın 21-də keçirilən 6/42 lotereyasında 1 182 454 lari (410 min dollar) məbləğində “Cek pot”u udan vətəndaş tapılıb.
Region
27 Yanvar , 2020 15:23
Gürcüstanda 77 yaşlı kişi “Cek pot” udub

Gürcüstanda yanvarın 21-də keçirilən 6/42 lotereyasında 1 182 454 lari (410 min dollar) məbləğində “Cek pot”u udan vətəndaş tapılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstan Milli Lotereyası” şirkəti məlumat yayıb.

Milyonçu olan 77 yaşlı Valiko Kvaçadzedir. O, sosial müdafiəsiz şəxsdir və ailəsi ilə birgə Batumidə məcburi köçkünlər üçün qəsəbədə kirayə evdə yaşayır.

O, lotereya biletini oğlu ilə birgə doldurduğunu bildirib. “Cek pot” yanvarın 21-də udulsa da, qalib bir neçə gün üzə çıxmayıb.

V.Kvaçadzenin ailəsi udduqları milyonun hesabına evlərini girovluqdan çıxarmaq, avtomobil almaq və biznes qurmaq niyyətindədir. 

Son xəbərlər

Orphus sistemi