Gürcüstanda 6 mindən çox müəllim işdən çıxıb

Gürcüstanda 6 mindən çox müəllim işdən çıxıb “Gürcüstanda 6 mindən çox müəllim öz istəyi əsasında təqaüdə göndərilməsi ilə bağlı qeydiyyata alınıb”.
Region
124
4 Sentyabr , 2019 16:10
Gürcüstanda 6 mindən çox müəllim işdən çıxıb

“Gürcüstanda 6 mindən çox müəllim öz istəyi əsasında təqaüdə göndərilməsi ilə bağlı qeydiyyata alınıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri vəzifəsinə namizəd Mixeil Batiaşvili parlamentdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, həmin müəllimlər ikiillik əməkhaqqına bərabər məbləğdə mükafat alacaqlar: “Bu, olduqca vacib islahatdır. Dövlət könüllü olaraq layiqli təqaüdə çıxmağa qərar verən müəllimləri mükafatla təmin edəcək”.

Nazir təhsil sahəsində yeni kadrlarla bağlı əlavə addımların atılacağını deyib.

M.Batiaşvili əlavə edib ki, məktəb islahatları ilə bağlı ilk mərhələ başa çatıb, ikinci mərhələyə isə payız aylarında start veriləcək. 

Orphus sistemi