Gürcüstanda 5 kiloqramdan artıq çəkidə körpə doğulub

Gürcüstanda 5 kiloqramdan artıq çəkidə körpə doğulub Gürcüstanın Kutaisi şəhərində özəl klinikalardan birində 5 kiloqram 100 qram çəkidə körpə anadan olub.
Region
225
23 Noyabr , 2021 14:45
Gürcüstanda 5 kiloqramdan artıq çəkidə körpə doğulub

Gürcüstanın Kutaisi şəhərində özəl klinikalardan birində 5 kiloqram 100 qram çəkidə körpə anadan olub.

“Report”un yerli bürosu xəbər verir ki, ana və körpə özünü yaxşı hiss edir.

Oğlan uşağı hamililəyin 36-cı həftəsində dünyaya gəlib. “Pəhləvan” körpəyə Mose (Moisey) adı qoyulub.

Həkimlər isə uşağı “Qoliaf” adlandırıblar. Müqəddəs Bibliyaya görə, Qoliaf boyu 2,77 metr olan nəhəng qəhrəman olub.

Qeyd edək ki, ötən ilin noyabrında da Kutaisidə nəhəng körpə doğulub. Oğlan uşağının çəkisi 5 kiloqram təşkil edib.

Son xəbərlər

Orphus sistemi