Gürcüstanın Batumi şəhərində 4 uşağın istismarında şübhəli bilinən ana və uşaqların xalası saxlanılıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin
İstintaqla müəyyən olunub ki, son bir il ərzində saxlanılan şəxslər psixi təzyiq və fiziki zorakılıq tətbiq etməklə 6-12 yaş arasındakı uşaqları dilənçilik etməyə məcbur ediblər.
Yeniyetmələr xüsusi mərkəzə yerləşdirilib. Onların sağlamlıq durumları ilə bağlı problemin olmadığı bildirilib.
Faktla bağlı araşdırma aparılır. Saxlanılan şəxsləri 14 ildən 17 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.