Gürcüstanda 4 telekanal etiraz olaraq yayımını dayandırıb

Gürcüstanda 4 telekanal etiraz olaraq yayımını dayandırıb Gürcüstanın 4 televiziya kanalı - "Pirveli", "Mtavari arxi", "Formula" və "Kavkasia" yayımlarını 24 saatlıq dayandırıb.
Region
147
14 İyul , 2021 11:51
Gürcüstanda 4 telekanal etiraz olaraq yayımını dayandırıb

Gürcüstanın 4 televiziya kanalı - "Pirveli", "Mtavari arxi", "Formula" və "Kavkasia" yayımlarını 24 saatlıq dayandırıb.

“Report”un yerli bürosu xəbər verir ki, kanallarda qara fonda iyulun 5-də LGBT əleyhdarlarının Tbilisidə törətdikləri iğtişaşlar zamanı xəsarət almış 53 nəfər jurnalist və operatorun siyahısı yer alıb.

Telekanallar baş nazir İrakli Qaribaşvilinin istefası və zorakılığa yol verənlərin hamısının cəzalandırılmasını tələb edirlər.

Qeyd edək ki, fiziki təzyiqə məruz qalan operatorlardan biri - “Pirveli” telekanalının əməkdaşı Lekso Laşkarava iyulun 11-də vəfat edib. Media mənsubunun ölümündən sonra Gürcüstanda vəziyyət gərginləşib.

Son xəbərlər

Orphus sistemi