Gürcüstanın paytaxtı Tbilisidə iyunun 20 və 21-də baş verən hadisələrlə bağlı 4 nəfər saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan
Saxlanılanlar kütləvi zorakılıqda iştirakda təqsirli bilinirlər. Təqsirləri sübuta yetiriləcəyi təqdirdə onları 6 ildən 9 ilədək həbs cəzası gözləyir.
Saxlanılanların müxalif Vahid Milli Hərəkat Partiyasının üzvləri olduğu bildirilir.
Qeyd edək ki, Tbilisidə etiraz aksiyalarının təşkilatçıları vətəndaşları aksiyaların keçirilməsinə maddi dəstək göstərməyə çağırıb.