Gürcüstanda 4 azərbaycanlı gənc saxlanılıb

Gürcüstanda 4 azərbaycanlı gənc saxlanılıb Gürcüstanın Marneuli rayonunun Kəpənəkçi kəndinin 4 gənc sakini saxlanılıb.
Region
21 İyul , 2020 11:46
Gürcüstanda 4 azərbaycanlı gənc saxlanılıb

Gürcüstanın Marneuli rayonunun Kəpənəkçi kəndinin 4 gənc sakini saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Saxlanılan gənclər öncədən razılaşdırılaraq qrup halında qanunsuz olaraq Keşəli kənd sakini olan 1996-cı il təvəllüdlü şəxsi azadlıqdan məhrum etməkdə ittiham olunurlar.

İstinaqla müəyyən olunub ki, iyulun 15-də bir qrup gənc Keşəli sakinini intiqam məqsədilə saxlayıblar. Həmin şəxs Kəpənəkçi kəndinə avtomobillə zorla gətirilib və kəndin mərkəzində fiziki zorakılığa məruz qalıb.

Saxlanılan şəxslərin günahı sübuta yetirilərsə, onları 7 ildən 10 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, yerli mətbuatın məlumatına əsasən, Kəpənəkçi kəndindəki insident namus üstündə baş verib.

Son xəbərlər

Orphus sistemi