Gürcüstanda 15 yaşlı azərbaycanlı qız qaçırıldı

Gürcüstanda 15 yaşlı azərbaycanlı qız qaçırıldı Gürcüstanın Saqareco rayonunun azərbaycanlılar yaşayan Tüllər kəndində 15 yaşlı qız qaçırılıb.
Region
6 Fevral , 2020 12:28
Gürcüstanda 15 yaşlı azərbaycanlı qız qaçırıldı

Gürcüstanın Saqareco rayonunun azərbaycanlılar yaşayan Tüllər kəndində 15 yaşlı qız qaçırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın “Mtavari arxi” televiziya kanalı məlumat yayıb.

Yeniyetməni özündən kiçik qardaşı ilə səhər məktəbə gedərkən 18 yaşlı oğlan evlənmək məqsədilə zorla qaçırıb. Hadisə böyük narazılıq doğurandan sonra oğlanın yaxınları qızı ailəsinə qaytarıb. Qızın ailə üzvləri oğlanın həbsini tələb edirlər.

Yeniyetmə qızın psixoloji travma aldığı bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. 

Son xəbərlər

Orphus sistemi