Gürcüstanda 11 məhbus aclıq elan edib

Gürcüstanda 11 məhbus aclıq elan edib “Gürcüstanın penitensiar müəssisələrində 11 məhbus aclıq aksiyası keçirir”.
Region
11 Yanvar , 2021 14:20
Gürcüstanda 11 məhbus aclıq elan edib

“Gürcüstanın penitensiar müəssisələrində 11 məhbus aclıq aksiyası keçirir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Qoça Lortkipanidze bildirib.

Onun sözlərinə görə, məhbuslar "Amnistiya haqqında" qanunun onlara da şamil olunmasını tələb edirlər.

Qeyd edək ki, adıçəkilən qanunun bu gün Gürcüstan parlamentində III oxunuşda qəbul olunacağı gözlənilir. Qanunla min nəfərdən çox məhbusun bu ilin yazına qədər azadlığa buraxılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi