Gürcüstanda 10 aylıq azərbaycanlı körpə koronavirusa yoluxub

Gürcüstanda 10 aylıq azərbaycanlı körpə koronavirusa yoluxub Gürcüstanın Telavi rayonunun azərbaycanlılar yaşayan Qaracala kəndində 10 aylıq körpəyəkoronavirus diaqnozu qoyulub.
Region
15 İyul , 2020 16:42
Gürcüstanda 10 aylıq azərbaycanlı körpə koronavirusa yoluxub

Gürcüstanın Telavi rayonunun azərbaycanlılar yaşayan Qaracala kəndində 10 aylıq körpəyə koronavirus diaqnozu qoyulub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin Kaxeti regional bölməsindən bildirilib.

Körpə COVID-19-a xas simptomlarla Telavi Uşaq Xəstəxanasına yerləşdirilib. Aparılan koronavirus testinin nəticəsi pozitiv olub.

Hazırda epidemioloqlar Qaracalada körpə ilə təmasda olan şəxsləri müəyyən edirlər. Kənddən 11 nəfərin bioloji materialı müayinə üçün Tbilisidəki Luqar laboratoriyasına göndərilib.

Son xəbərlər

Orphus sistemi