Gürcüstanda 1 700-ə yaxın tibb işçisi koronavirusa yoluxub

Gürcüstanda 1 700-ə yaxın tibb işçisi koronavirusa yoluxub Gürcüstanda tibb işçiləri arasında 1 678 nəfər koronavirusa yoluxub.
Region
28 Oktyabr , 2020 12:32
Gürcüstanda 1 700-ə yaxın tibb işçisi koronavirusa yoluxub
0 : 00
0 : 00

Gürcüstanda tibb işçiləri arasında 1 678 nəfər koronavirusa yoluxub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, tibbi heyət üzvləri infeksiyaya yalnız vəzifə borclarını yerinə yetirərkən deyil, ailə daxilində də yoluxurlar.

Mərkəz rəhbəri ölkədə həkim çatışmazlığının olmadığını deyib.

Buna baxmayaraq, yaxın vaxtlarda Gürcüstanda COVID-19 pandemiyası ilə mübarizəyə tibbi təhsil alan yuxarı kurs tələbələrindən ibarət əlavə həkim qüvvəsi cəlb olunacaq.

Son xəbərlər

Orphus sistemi