Gürcüstana qızıl külçə keçirən Ermənistan vətəndaşı saxlanılıb  

Gürcüstana qızıl külçə keçirən Ermənistan vətəndaşı saxlanılıb   Gürcüstana qanunsuz yolla qızıl idxal etməyə çalışan Ermənistan vətəndaşı saxlanılıb.
Region
137
21 Oktyabr , 2021 13:43
Gürcüstana qızıl külçə keçirən Ermənistan vətəndaşı saxlanılıb  

Gürcüstana qanunsuz yolla qızıl idxal etməyə çalışan Ermənistan vətəndaşı saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Ermənistanla sərhəddəki “Sadaxlı” gömrük-buraxılış məntəqəsində həmin şəxsin əl yükünə keçirilən baxış zamanı bəyan edilməmiş 100 qram çəkidə qızıl külçə aşkarlanıb. Qaçaqmalın dəyəri 17 686 lari (5 632 ABŞ dolları) təşkil edib.

Faktla bağlı Maliyyə Nazirliyinin İstintaq Xidmətində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi