Türkiyədən Gürcüstana qızıl əşyaları keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb

Türkiyədən Gürcüstana qızıl əşyaları keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb Tbilisi. 1 fevral.REPORT.AZ/ Gürcüstan-Türkiyə sərhədində yerləşən “Sarpi” gömrük-keçid məntəqəsində Ermənistan vətəndaşı saxlanılıb.
Region
1 Fevral , 2019 13:49
Türkiyədən Gürcüstana qızıl əşyaları keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb

Tbilisi. 1 fevral.REPORT.AZ/ Gürcüstan-Türkiyə sərhədində yerləşən “Sarpi” gömrük-keçid məntəqəsində Ermənistan vətəndaşı saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Gürcü gömrükçüləri Ermənistan vətəndaşının üzərində bəyan edilməmiş qızıl əşyalar aşkar ediblər.

Ümumi çəkisi 88,58 qram olan qızıl məmulatlar Ermənistan vətəndaşından müsadirə olunub. Məmulatların ümumi dəyəri 5813,5 lari (2 min dollardan çox) təşkil edib.

Ermənistan vətəndaşı qızıl əşyaların dəyərinə bərabər məbləğdə cərimə olunub. 

Son xəbərlər

Orphus sistemi