Gürcüstana qanunsuz şəkildə qızıl əşyaları keçirən Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstana qanunsuz şəkildə qızıl əşyaları keçirən Azərbaycan vətəndaşı saxlanılıb Gürcüstanda Azərbaycanla sərhəddə yerləşən Qırmızı körpü gömrük-keçid məntəqəsində qızıl əşyaların ölkəyə qanunsuz keçirilməsinin qarşısı alınıb.
Region
15 Oktyabr , 2019 15:38
Gürcüstana qanunsuz şəkildə qızıl əşyaları keçirən Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstanda Azərbaycanla sərhəddə yerləşən "Qırmızı körpü" gömrük-keçid məntəqəsində qızıl əşyaların ölkəyə qanunsuz keçirilməsinin qarşısı alınıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Azərbaycan vətəndaşının idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən ümumi çəkisi 86, 21 qram olan qızıl zinət əşyaları aşkar olunub.

Əşyaların ümumi dəyəri 10, 123.8 lari təşkil edib.

Azərbaycan vətəndaşına qarşı qızıl əşyaların dəyərinə bərabər məbləğdə cərimə sanksiyası tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi