Gürcüstana qanunsuz daxil olan Azərbaycan vətəndaşı Marneulidə qətl törədib

Gürcüstana qanunsuz daxil olan Azərbaycan vətəndaşı Marneulidə qətl törədib İyulun 3-də Gürcüstanın Marneuli rayonunda baş vermiş qətl hadisəsini Azərbaycan vətəndaşının törətdiyi məlum olub.
Region
6 İyul , 2022 19:32
Gürcüstana qanunsuz daxil olan Azərbaycan vətəndaşı Marneulidə qətl törədib

İyulun 3-də Gürcüstanın Marneuli rayonunda baş vermiş qətl hadisəsini Azərbaycan vətəndaşının törətdiyi məlum olub.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın Baş Prokurorluğu həmin şəxsə qarşı ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə, odlu silah və sursatların qanunsuz əldə olunması, saxlanılması və daşınması faktları üzrə ittiham irəli sürüb.

Azərbaycan vətəndaşı həmçinin Gürcüstanın dövlət sərhədini qanunsuz keçmədə də ittham edilib.

İstintaq zamanı Azərbaycan vətəndaşının iyulun 3-də zərər çəkmiş şəxsə keçmişdə baş vermiş mübahisə səbəbindən qisas məqsədilə tapançadan bir neçə dəfə atəş açdığına əsaslı şübhələr yaranıb. Yaralı xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Təqsirləndirilən şəxsin 2022-ci ilin iyun ayında Gürcüstanın dövlət sərhədini qanunsuz keçdiyi və ölkəyə odlu silah və sursatlar gətirdiyi müəyyən edilib.

Azərbaycan vətəndaşının günahı sübuta yetirilərsə, onu 16 ildən 20 ilədək və yaxud ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Baş Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə müraciət edib.

Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Azərbaycan vətəndaşı F.D. 2000-ci il təvəllüdlüdür və müxtəlif cinayətlərə görə keçmişdə mühakimə olunub. Qətlə yetirilən şəxs isə 1976-cı il təvəllüdlü V.O adlı şəxsdir. Onun soydaşımız olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi